Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda yeddi nəfər zəhərlənib öldü
Azərbaycanda yeddi nəfər zəhərlənib öldü1-09-2022, 14:31. Yazar: sevinc1 |
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, biri dəm qazından, ikisi göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən ikisi anafilaksiya səbəbindən, 12-si allergik reaksiyadan, ikisi isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 28-ni ilan, altısını isə müxtəlif növ həşəratlar sancıb. Zəhərlənən şəxslərin 61-i qadın, 77-si kişi, 26-sı uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən yeddisi (üçü kişi, dördü qadın) dünyasını dəyişib. aia.az Geri dön |