Ana Sayfa > Karusel / Seçki 2024 > Hüseynbala Mirələmovun restoranında

Hüseynbala Mirələmovun restoranında


29-08-2022, 15:33. Yazar: sevinc1
Hüseynbala Mirələmovun restoranında

Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.

aia.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb.

Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.



aia.az
Geri dön