Ana Sayfa > Gündəm / Seçilənlər-3 / Seçilənlər-4 / Manşet / Karusel > “Qanlı Yanvar” filmi Monreal Beynəlxalq Film festivalında nümayiş etdiriləcək (VİDEO)

“Qanlı Yanvar” filmi Monreal Beynəlxalq Film festivalında nümayiş etdiriləcək (VİDEO)


25-08-2015, 00:34. Yazar: admin
“Qanlı Yanvar” filmi Monreal Beynəlxalq Film festivalında nümayiş etdiriləcək (VİDEO)
Nebahət Çehrə və Lenn Deyvis kimi məşhurların rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci il yanvarın 19-da Bakıda nümayiş olunub.
Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvar” filmi nüfuzlu Monreal festivalında nümayiş etdiriləcək.

Nəbahət Çehrə və Lenn Deyvis kimi məşhur aktyorların çəkildiyi filmin bu dəfə dəvət edildiyi festival A kateqoriyalıdır. Bu ərəfədə filmin rejissoru Vahid Mustafayev Kann, Venesiya kimi nüfuzlu Monreal festivalından gözləntilərini açıqlayıb.

ANS TV-nin məlumatına görə, kinorejissor Vahid Mustafayevin şahidi olduğu faktlar əsasında çəkdiyi “Qanlı Yanvar” filminin 39-cu Monreal Beynəlxalq Film festivalında nümayiş etdirilməsinə az vaxt qalıb.

Kinorejissor “Qanlı Yanvar” filminin belə beynəlxalq festivalda nümayiş etdirilməsini haqqın qələbəsi hesab edir.

“Bu bizə fürsət verir ki, Azərbaycan haqqındakı bütün həqiqətləri belə bir möhtəşəm auditoriyaya çatdıraq. Ötən il Monreal Beynəlxalq Film festivalına iki milyona yaxın adam gəlmişdi. Gələnlər festivalda nümayiş olunan bütün filimlərə tamaşa etmişdirlər. Bu festival dünyada A kateqoriyasına daxil olan 3 əsas – Kann, Venesiya, Monreal filim festivaldan biridir”, - deyə “Qanlı Yanvar” filminin rejissoru Vahid Mustafayev fikrini açıqlayıb.

1990-cı ilin 20 Yanvar günü baş verən hadisələrdən bəhs edən film festival ərzində iki dəfə, sentyabrın 2-si və 3-ü Monrealın “Cinema Quarter Latin” kinoteatrında göstəriləcək.

Artıq festivalın rəsmi internet səhifəsində filmin yaradıcı heyəti ssenari müəllifi və rejissorunun kim olması barədə məlumatlar yerləşdirilib. Bundan əlavə filmin ssenarisi haqqında da qısa məlumat verilib.

Beynəlxalq film festivalı 38 ildir ki, Kanadanın Monreal şəhərində keçirilir. Amerika qitəsinin ən iri festivallarından biridir. “Monreal Beynəlxalq Film festivalı” ümumdünya prodüsserlər assosiyasi tərəfindən akreditə olunub.
Bu assosasiyanın akreditə etdiyi kinofestivallar arasında Berlin, Kann, Moskva, Venesiya, Qahirə, Tokio kimi nüfuzlu film festivallarıda var.

Monreal film festivalı isə “Qanlı Yanvar”ın nümayişə çıxarılacağı sonuncu festival olmayacaq.

“Hazırda Avropada və Asiyada keçirilməsi nəzərdə tutulan bir neçə film festivalına dəvət almışıq. Sözsüz ki, keçirilməsi nəzərdə tutulan bu film festivalarının hamısında imkanımız olmadığı üçün iştirak edə bilməyəcəyik. Yəqin ki, əsas festivallarda iştirak edəcəyik ki, Azərbaycan ərinin, Azərbaycan qadınının şücayətini, vətənpərvərliyin, bütün xalqlar görsünlər. Və bilsinlər ki, Azərbaycan xalqı ilə silah gücü ilə danışmaq mümkün deyil”, - deyə “Qanlı Yanvar” filminin rejissoru Vahid Mustafayev bəyan edib.

Kinorejissor 63 gün ərzində çətin şəraitdə şaxtalı havada aparılan çəkilişlərdə beynəlxalq aktyor və texniki komanda ilə birgə işləyib.

Texniki personaldan əlavə aktyor truppasına da təkcə ölkəmizdən deyil, ABŞ, Rusiya, İran və Türkiyədəndə heyət dəvət edilib.

Nebahət Çehrə və Lenn Deyvis kimi məşhurların rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci il yanvarın 19-da Bakıda nümayiş olunub.

Geri dön