Ana Sayfa > Media > TutorLab ilə övladımızın təhsil keyfiyyətinə nəzarət edəcəyik
TutorLab ilə övladımızın təhsil keyfiyyətinə nəzarət edəcəyik26-08-2022, 14:35. Yazar: sevinc1 |
Region gəncləri övladımızın təhsil keyfiyyətinə nəzarət edən “TutorLab” mobil tətbiqi hazırlayıblar. Buna səbəb isə məktəb və hazırlıq kurslarında məlumatların kağız daşıyıcıda olmasıdır ki, bu da nə valideyn, nə də müəllim üçün əlçatandır. Region startapı olaraq təqdim edilən yeni tətbiq qısa zamanda bir çox uğurlara imza atıb. Layihənin həmtəsisçisi Azad Manaflının dediklərinə görə TutorLab mobil tətbiqi müəllim və valideynlər arasında elektron körpü rolunu oynayır. Yeni kurikulum sisteminə uyğun olaraq müəllim dərs dediyi şagird barədə mütəmadi olaraq valideynə övladının günlük davamiyyəti, dərs qiymətləndirilməsi və şagirdin günlük dərs performansına uyğun olaraq şərhlər qeyd edir. Bütün bunlar anlıq olaraq valideynə proqram vasitəsi ilə bildiriş (notification) şəklində göndərilir. Valideynd, həmçinin günün istənilən saatında övladının tədris prosesini izləyə, analiz edə və həftəlik, aylıq, illik olaraq övladının dərs performansını data olaraq əldə bilər. Davamiyyət və qiymətləndirilmənin sayəsində isə şagirdin 100 % üzərindən performans göstəricisi yaranır və faiz göstəricisinə görə ardıcıllıq formalaşır ki, bu da qrupda olan uşaqlar arasında sağlam rəqabətin formalaşmasına səbəb olur. TutorLab proqramı sayəsində övladınızın təhsilinə daha rahat şəraitdə nəzarət edə biləcəksiniz. Bu nəzarətin sayəsində övladınızın qəbul imtahanında hansı balı toplayacağını öncədən təxmin edəcəksiniz. Həmçinin valideyn övladının təhsili üçün xərclədiyi müəyyən məbləğin boşuna sərf olunmadığına əmin olacaqdır. Müəllimlər isə kağız daşıyıcılara, valideyn ilə əlavə telefon danışıqlarına və digər proseslərə sərf etdikləri zamana qənaət edəcəklər. Belə ki, bir qrup üçün davamiyyət və qiymətləndirilmənin aparılması cəmi iki dəqiqə vaxt aparır ki, bu da valideynə həmin anda bildiriş olaraq göndərilir. Lazım olduqda isə uşaqla bağlı hər hansı rəylər də yazıla bilər. Gələcəkdə isə müəllim və valideynlər ilə bağlı xüsusi layihələrin icra edilməsi nəzərdə tutulmuşdur. İlkin mərhələdə innovativ müəllimlər arasında kiçik viktorinaların, intellektual oyunların, pedaqoji inkişafla bağlı bir neçə günlük müəllim düşərgələrinin təşkili və gələcəkdə təhsilə innovativ yanaşma ilə bağlı layihələrin dəstəklənməsi proqramlarının keçirilməsi planlaşdırılmışdır. Qeyd edək ki, 24 avqust tarixində Elm və Təhsil naziri cənab Emin Əmrullayev Şamaxı şəhərində vətəndaşların qəbulu zamanı TutorLab mobil proqramının yaradıcılarını qəbul edib. Bu mobil proqramın təhsilimizdə yeni innovativ yanaşma olduğunu qeyd edən nazir proqramın yeni tədris ilindən pilot layihə olaraq tətbiq edilməsinə dair tövsiyə və tapşırıqlarını verib. Sonda isə bu tip layihələrin təhsilimizin inkişafında mühüm layihə olacağını bildirərək yaradıcılara uğurlar arzu edib. Proqram barədə ətraflı məlumatı TutorLab-ın rəsmi saytından(www.tutorlab.az) və sosial şəbəkələrindən (www.facebook.com/tutorlab.az, www.instagram.com/tutorlab.az) əldə edə biləsiniz. TutorLab proqramını yükləmək üçün link: https://qrco.de/bcrCUJ aia.az Geri dön |