Ana Sayfa > Seçki 2024 > Erməni bloger Xankəndidə partlayışın gizli silah anbarında baş verdiyini açıqladı - YENİLƏNİB

Erməni bloger Xankəndidə partlayışın gizli silah anbarında baş verdiyini açıqladı - YENİLƏNİB


25-08-2022, 17:15. Yazar: sevinc1
Erməni bloger Xankəndidə partlayışın gizli silah anbarında baş verdiyini açıqladı - YENİLƏNİB

Xankəndi şəhərində partlayışın yeri və səbəbləri barədə yeni məlumatlar ortaya çıxıb.

APA xəbər verir ki, erməni bloger Roman Baqdasaryan "Teleqram" hesabında 1 il əvvəl də eyni yerdə partlayış baş verdiyini yazır.

"Bura bir il əvvəl partlayış olan yerdir. Qarabağ klanının nümayəndələri burada gizli qumbaralar və hər cür oğurlanmış silah saxlayırdılar. Həmin vaxt bu fakt gizlədildi.

Görünür ki, qumbaraların bir hissəsi hələ də burada saxlanılırmış. Dərzi sexi gizli silah saxlama yeridir?" - deyə Baqdasaryan yazır.


15:36

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, oksigen avadanlıqları sexində yanğın baş verdiyi, nəticədə yüksək təzyiq atında olan balonların partladığı bildirilir.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Geri dön