Ana Sayfa > Gündəm > Əskişəhərdə iki prospektə Qarabağ və Gəncə adları verilib
Əskişəhərdə iki prospektə Qarabağ və Gəncə adları verilib24-05-2016, 16:00. Yazar: admin |
Türkiyədə, Əskişəhərdə Qarabağ və Gəncə adı verilən prospektlərin təntənəli açılış mərasimi keçirilib. Tədbir Davulqa Bələdiyyəsi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və Emirdağ Kültür və Sənət Dərnəyinin birgə əməkdaşlığı ilə baş tutub. Açılış mərasimi türk dünyasında həyatını itirən şəhidlər və terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, İstiqlal Marşı və Azərbaycan Dövlət Himinin səsləndirilməsi ilə davam edib. Açılışda Davulqa Bələdiyyəsinin sədri Salih Gündoğan, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın və başqaları çıxış edərək, iki dövlət arasında möhkəm dostluq, qardaşlıq münasibətlərindən danışıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər. Təntənəli mərasimdə Türk və Azərbaycan folklorundan nümunələr, milli musiqi və rəqslər ifa olunub. Xatirə hədiyyəlləri və plaketlərindən təqdimatından sonra prospektin açılışı həyata keçirilib də qırmızı lent kəsilib. Geri dön |