Ana Sayfa > Dünya > G7 sammitinə 145 milyon dollar xərclənəcək

G7 sammitinə 145 milyon dollar xərclənəcək


24-08-2022, 10:07. Yazar: sevinc1
G7 sammitinə 145 milyon dollar xərclənəcək

Yaponiya Xarici İşlər Nazirliyi 2023-cü maliyyə ili (2023-cü il aprelin 1-dən başlayır) üçün büdcə sorğusuna 19,9 milyard yen (təxminən 145 milyon dollar) təşkil edəcək G7 sammitinə ev sahibliyi etmək xərclərini daxil etməyi planlaşdırır.

aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bundan əlavə, departament nüvə silahı olmayan dünya konsepsiyasını təbliğ etmək məqsədilə gənclərin nümayəndələrinin Xirosima və Naqasakiyə səfərlərinin təşkili üçün 1,2 milyard yen (təxminən 8,7 milyon dollar) istəmək niyyətindədir.

Xirosima 2023-cü il mayın 19-dan 21-dək G7 sammitinə ev sahibliyi edəcək.

aia.az
Geri dön