Ana Sayfa > Gündəm > 10 gün sonra dünyanı şoka salan hücum olacaq

10 gün sonra dünyanı şoka salan hücum olacaq


24-05-2016, 14:56. Yazar: admin



İŞİD terror təşkilatının rəsmi sözçüsü Əbu Muhammed Adnaninin 31 dəqiqəlik səs yazısı ortaya çıxıb.

Aia.az “Yeni Şafak”a istinadən xəbər verir ki, dünən yazılan səs yazısında İŞİD sözçüsü Qərbdə yaşayan tərəfdarlarına “olduğunuz yerlərdə hərəkətə keçin” təlimatını verib.

“İmkanınız olmadığı üçün aramıza qatıla bilmirsiniz. Lakin yaşadığınız ölkələrdə geniş miqyaslı hücumlar edin”, - deyə Adnani bildirib. “Onları ürəyindən vurun” deyən Adnaninin açıqlamasına görə, İŞİD Ramazan ayında Avropa və Amerikada dünyanı şoka salan böyük terror aktları törədəcək.

Qeyd edək ki, bu il müqəddəs ramazan ayı iyunun 5-dən etibarən başlayır.
Geri dön