Ana Sayfa > Qərbi Azərbaycan > Səhiyyə Nazirliyində Almaniyanın aparıcı farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Almaniyanın aparıcı farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib22-08-2022, 17:54. Yazar: sevinc1 |
Farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlığın mövcudluğunu vurğulayaraq, əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişaf etməsini qeyd edib. Nazir Almaniyanın əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Almaniyanın biotexnologiya sahəsindəki nailiyyətləri dünyada əczaçılıq sənayesinin inkişafına təkan verir. Azərbaycanda Almaniyanın farmasevtika sahəsi üzrə aparıcı şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Öz növbəsində farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərinin rəhbərləri Azərbaycanla əməkdaşlığın daha da yüksək səviyyəyə olmasında maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, ölkəmizə ikigünlük işgüzar səfərin əsas məqsədi əməkdaşlıq imkanlarının müzakirəsi və gələcəkdə regionda planlaşdırılan layihələr haqqında məlumat verməkdir. Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə etdilər. aia.az Geri dön |