Ana Sayfa > Gündəm > Həkimin intiharı ilə bağlı cinayət işi başlandı
Həkimin intiharı ilə bağlı cinayət işi başlandı22-08-2022, 09:59. Yazar: sevinc1 |
Lənkəranda stomatoloqun özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-ın sorğusuna cavab olaraq bildirilib. "Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb", - deyə məlumatda qeyd olunub. aia.az Geri dön |