Ana Sayfa > Karusel / Gündəm > Hərbçilərin sosial sığorta sistemində

Hərbçilərin sosial sığorta sistemində


19-08-2022, 17:22. Yazar: sevinc1
Hərbçilərin sosial sığorta sistemində

Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşib.

aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Dəyişikliklə qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.

aia.az
Geri dön