Ana Sayfa > Dünya > Avstriyada qasırğa 5 nəfərin həyatına son qoyub

Avstriyada qasırğa 5 nəfərin həyatına son qoyub


19-08-2022, 14:19. Yazar: sevinc1
Avstriyada qasırğa 5 nəfərin həyatına son qoyub

Avstriyanın şimal-şərqində baş verən güclü qasırğa ikisi uşaq olmaqla, 5 nəfərin ölümünə səbəb olub.

aia.az xarici mətuata istinadən xəbər verir ki, 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qasırğa çox sayda ağacı aşırıb, evlərin damlarını uçurub. Avstriyanın Kansleri Karl Nehammer və Prezident Aleksandr Van der Bellen ölənlərin yaxınlarına başsağlığı verib.

aia.az
Geri dön