Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Özünü yandıran Vətən müharibəsi iştirakçısının vəziyyəti necədir? -
Özünü yandıran Vətən müharibəsi iştirakçısının vəziyyəti necədir? -19-08-2022, 10:20. Yazar: sevinc1 |
Ötən gün özünü yandıran Vətən müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır. “Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır”, - məlumatda deyilir. Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır. aia.az Geri dön |