Ana Sayfa > Səhiyyə / Manşet > Anar Qədirlinin yeni vəzifəsi məlum oldu

Anar Qədirlinin yeni vəzifəsi məlum oldu


20-06-2015, 17:37. Yazar: admin

Öz xahişim və ərizəmlə işdən azad olunmuşam.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Anar Qədirli deyib.

A.Qədirli, bir müddət öncə başqa vəzifə ilə bağlı təklif aldığını açıqlayıb:

“Həmin təklifi dəyərləndirdim. Hazırda nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə bağlı işlərin təhvil-təslimi gedir. Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacağam”.

O, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışacağını deyib.

A.Qədirli gələn həftədən yeni vəzifəsinin icrasına başlayacağını bildirib.

O, həmçinin bundan sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək Liya Bayramovanın bu vaxta kimi “Zerkalo” qəzetində şöbə müdiri çalışdığını açıqlayıb.

A.Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirliyinin yeni mətbuat xidmətinin rəhbəri da vəzifəsinin icrasına gələn həftədən başlayacaq.
Geri dön