Ana Sayfa > Gündəm > YAP Qazax rayon təşkilatında “Sosial mediyada gənclərin rolu” mövzusunda tədbir keçirildi

YAP Qazax rayon təşkilatında “Sosial mediyada gənclərin rolu” mövzusunda tədbir keçirildi


17-08-2022, 13:55. Yazar: sevinc1
YAP Qazax rayon təşkilatında “Sosial mediyada  gənclərin rolu” mövzusunda  tədbir  keçirildi

17 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Aparatının işçilərinin və gənc partiya fəallarının iştirakı ilə “Sosial mediyada gənclərin rolu” mövzusunda tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq, cəmiyyətimizdə informasiya texnologiyalarının bir qolu olan sosial şəbəkələrdə fəaliyyətlə bağlı ətraflı məlumat verdi. Rayon təşkilatının sədri beynəlxalq aləmdə və ölkəmizdə cərəyan edən hadisələrdən ətraflı bəhs edərək, hər bir partiya üzvünün sosial medyada fəallığının vacibliyini ön plana çəkdi və bu yönümdə öz tapşırıq və tövsiyyələrini verdi.

Tədbirdə çıxış edənlər məsələ ilə bağlı fikir və təkliflərini bildirdilər.
Geri dön