Ana Sayfa > Karusel / Dünya > "Türkiyə Suriya böhranının siyasi həllinin tərəfdarıdır" -

"Türkiyə Suriya böhranının siyasi həllinin tərəfdarıdır" -


17-08-2022, 08:52. Yazar: sevinc1
"Türkiyə Suriya böhranının siyasi həllinin tərəfdarıdır" -

Türkiyə həmişə Suriya münaqişəsinin siyasi həllinin tərəfdarı olub.

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu latviyalı həmkarı Edqar Rinkeviçlə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, Suriyada davamlı sülh üçün döyüşən tərəflər arasında konsensusa nail olmaq lazımdır. “Suriya müxalifəti Türkiyəyə güvənir, lakin Suriyada sülh və sabitlik üçün konsensus lazımdır”, - deyə o, xüsusilə qeyd edib.

Türkiyə diplomatiyasının rəhbəri Ankaranın Suriyanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəklədiyini də vurğulayıb.

aia.az
Geri dön