Ana Sayfa > Seçilənlər-6 > Aprel döyüşlərində şəhid olan əsgərimiz haqqında duyğulandıran film

Aprel döyüşlərində şəhid olan əsgərimiz haqqında duyğulandıran film


24-05-2016, 11:46. Yazar: admin


Aprel döyüşlərində torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş qəhrəman şəhid 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğlu ilə bağlı qısa film hazırlanıb.

Aia.az-in məlumatına görə, şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Hazırlanan qısa filmdə şəhid Mahir Mirzəyevin həyatıdan bəhs olunur. Ailəsi və yaxınları şəhidin necə insan olduğundan söhbət açır. Filmi ərsəyə gətirən rejisor Bəxtiyar Məmmədov çox uğurlu bir layihəyə imza atıb.

Qeyd edək ki, şəhid Mahir Mirzəyev Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.


Geri dön