Ana Sayfa > Media > Son illər ərzində bölgələrdə İnfrastruktur layihələrin icra edilməsi eyni zamanda quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır
Son illər ərzində bölgələrdə İnfrastruktur layihələrin icra edilməsi eyni zamanda quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır16-08-2022, 12:35. Yazar: sevinc1 |
Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində cənab Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Dövlətimizin başçısı güclü iradəsi, əzmi, yeritdiyi daxili və xarici siyasətin, ölkənin iqtisadi və hərbi qüdrətinin nəticəsində 30 ildən sonra Azərbaycan bayrağının Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir. Dövlətimizin başçısı cənab İlham Əliyevin bölgələrin potensial imkanlarından səmərəli istifadə etmək məqsədi ilə təsdiqlədiyi dövlət proqramı uğurla həyata keçirilir. Məhz bu layihələr əsasında paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb. Azərbaycanın hər rayonu, kəndi, qəsəbəsi tərəqqi dövrünü yaşayır. Regionların sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində çox ciddi, təxirəsalınmaz işlər görülür. Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial–iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev regionların sosial–iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsini yoxlamaq məqsədi ilə regionlara dəfələrlə səfərlər edib. Yeni istehsal müəssisələrinin açılışında, sosial obyektlərin təməlqoyma mərasimində şəxsən özü iştirak edib. Bunlardan biri də cənab Prezidentin 12 avqust 2022–ci il tarixdə İsmayıllı rayonunun Basqal qəsəbəsinə etdiyi səfərdir. Səfər çərçivəsində İsmayıllı və Ağsu rayonlarında istər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yol tikintisi ilə bağlı böyük layihələrin icra edildiyinin şahidi olduq. Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılır. Cənab Prezidentin göstərişi ilə Qafqazda özünün nadirliyi ilə “Diri Baba” türbəsi bərpa edilməli, konservasiya olunmalı həm də ətrafında turizm infrastrukturu yaradılmalıdır. Eyni zamanda turizmin inkişafı ölkəmizi tanıtdırmaq üçün ən yaxşı təbliğatdır. Məhz buna görə cənab Prezident Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı verdiyi sərəncam əsasında Dövlət Turizm Agentliyi burada bir müddətdir ki işlər aparır. 2004-cü ildən uğurla icra olunan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, yeni iş yerlərinin açılması əhalinin rifahının yaxşılaşmasına səbəb olur. Ağsu rayonunda böyük aqroparkın açılışı 200 nəfərin işlə təmin olunmasına, Basqalda müasir hotelin açılması 300 nəfərin işlə təmin olunmasına şərait yaradacaq. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan Respublikasının iqtisadi siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial–iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq, bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Ümumdaxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır. Həm yerli, həm xarici şirkətlər. Belə olan halda dünyada gedən iqtisadi proses bizə də təsirsiz ötüşmür. Qlobal geosiyasi və geoiqtisadi proseslər dünya iqtisadiyyatını daha çətin fazaya doğru sürükləyir. Digər tərəfdən Rusiya–Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərin iqtisadiyyatına təsirsiz ötüşmür. Bu gün Azərbaycan dünyada baş verən bu iqtisadi böhrandan qorunmaq üçün qabaqlayıcı tədbirlər görür. Azərbaycanda bu gün işizlik problemi yaşanmır, əhalinin real pul gəlirləri artan xətt üzrə inkişaf edir, sənaye, kənd təsərrüfatı və digər sahələrdə istehsal həcmi artır. Cənab Prezidentin dediyi kimi Azərbaycan iqtisadiyyatı oturmuş iqtisadiyyatdır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran zamanı Azərbaycanda bu çox az hiss olunur. Cənab Prezident Basqal səfərində verdiyi müsahibədə bildirmişdir ki, yaxın 3-5 il ərzində biz özümüzü 100 faiz ət, süd məhsulları, 80 faiz buğda ilə təmin edə biləcəyik. Azad edilmiş torpaqlarda aparılan əkin-biçin işləri bunu deməkdə tam əsas verir. Yaxın gələcəkdə Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələrinin inkişafı ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək. 44 günlük müharibədə qazandığımız qələbə dünyaya siyasi gücümüzü bir daha göstərdi. Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər ordumuz 30 illik həsrətə son qoydu. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu gün Qarabağda, Şərqi Zəngəzurda yenidənqurma, quruculuq işləri aparılır. Cənab Prezidentin dediyi kimi: 10 noyabr 2020-ci il Bəyənnaməsində bildirildiyi kimi erməni silahlı birləşmələri Qarabağı birdəfəflik tərk etməlidir. Laçın şəhərindən Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki hansısa xüsusi imtiyazı olacaq. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa onların da elə. Ancaq budur yol. Ali Baş Komandanımız dediyi kimi; Biz sülh tərəfdarıyıq, qan tökülməsinin əleyhinəyik. Ancaq düşmənin etdiyi hər hansı təxribata qarşı ‘’Dəmir Yumruqda’’ birləşib ”Qisas” almağa hazırıq. Könül Kazımova, YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə rayon Muğanlı kənd tam orta məktəbin direktoru aia.az Geri dön |