Ana Sayfa > Media > Qəhrəmanlar yurdunun mərd oğlu

Qəhrəmanlar yurdunun mərd oğlu


15-08-2022, 18:08. Yazar: sevinc1
Qəhrəmanlar yurdunun mərd oğlu

Bu gün qəhrəman zabitlərimizdən biri kapitan Yusifov Yavər Əmrulla oğlunun anım günüdür.

Əslən Qubadlı rayonundan olan Yusifov Yavər Əmrulla oğlu Sumqayıt şəhərində dünyaya göz açıb. Uşaqlıq illərindən hərb sənətinə xüsusi marağı olan Yavər bəlkə də düşünməzdi ki, bir gün gələcək ata- babasının doğma yurdu olan Qubadlı rayonunun uğrunda gedən döyüşlərdə iştirak edəcək. Orta məktəbi bitirdikdən sonra Yavər Yusifov sevdiyi hərb sənətinə yiyələnmək üçün Rusiya Federasiyasında Simfropol Alı - Siyasi Hərbi Məktəbini bitirir. Kadr zabit kimi keçmiş Sovetlər İttifaqının müxtəlif Respublikalarında, müxtəlif hərbi hissələrdə xidmət edir. Xidmət dövrü Y. Yusifov nümunəvi davranışına, hərb sənətinə sonsuz sevgisinə, hərbi biliklərə mükəmməl sahib olduguna görə gənc zabit kimi Komandanlığın diqqətini cəlb edir, xidmətdə fərqləndiyinə görə müxtəlif təltiflərlə mükafatlandırılır.

1987- ci ildə Gürcüstan Respublikasının Kutaisi şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən Yavəri öz dogma Vətəninə gətirən ciddi səbəblər vardı.

Azərbaycana qarşı təxribat kimi hazırlanıb həyata keçirilən məlum Sumqayıt hadisələri Vətəndən kənarda olan digər soydaşlarımız kimi Yavəri də biganə qoya bilməzdı. Ardınca Qarabağ və ətrafında baş verən hadisələr, erməni qəsbkarlarının Azərbaycan torpaqlarına xaincəsinə basqını Yavərin qəti qərar qəbul edib Vətənə dönməsinə səbəb olur.

Müxtəlif hərbi hissələrdə peşəkar zabit kimi öz hərbi bilik və təcrübəsini şəxsi heyyətə çatdıran Yavər Yusifov Qubadlı, Füzuli, Cəbrayıl və bir neçə rayonlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək xüsusi seçilir.

Qorxmaz, qətiyyətli xarakteri ilə yanaşı tabeliyində olan hərbiçilərə xüsusi qayğı ilə yanaşması Qəhrəmanımızı şəxsi heyyət arasında böyük hörmət və nüfuz sahibi etmişdi. Uzun müddətli hərbi təcrübəsi, hərbi bilik və bacarığı, peşəkar zabit kimi Yavər Yusifovun uğurlarının sayını artırır, Komandanlığın
rəğbətini qazandırırdı.

Tək bir arzusu vardı Yavər Yusifovun torpaqlarımız mənfur düşmən tapdağından təmizlənsin, vətən uğrunda şəhid olan döyüş yoldaşlarının ruhu azad olsun. Həm də ata yurdu doğma Qubadlının azadlığı onun üçün həyat kredosuna çevrilmişdi. Ancaq, zalım əcəl Qəhrəmanımızın ən müqəddəs, ülvü arzusunu gerçəkləşdirməyə macal vermədi.

16 avqust 2001 ci ildə xidməti vəzifə dövründə bu həyatla birdəfəlik vidalaşmalı oldu.

Yaşasaydı bu gün canı - qanı qədər sevdiyi, namusu, qeyrəti saydığı torpaqlarımızın azad olunduğunun şahidi və əlbəttə ki, o döyüşlərin iştirakçısı olacaqdı..

Yaşasaydı bu gün doğma ata - baba yurdu Qubadlıda gəzəcəkdi Qəhrəman zabitimiz..

Bu gün yalnız Yavərlərin ruhları dolaşır o torpaqlarda, ancaq, həm azad, həm də Qalib Ordunun, Qalib döyüşçülərinin ruhu kimi….

Allah rəhmət eləsin.

aia.az
Geri dön