Ana Sayfa > Media > 13 yaşlı azərbaycanlı qızı evlənmək məqsədilə qaçırıblar

13 yaşlı azərbaycanlı qızı evlənmək məqsədilə qaçırıblar


15-08-2022, 14:22. Yazar: sevinc1
13 yaşlı azərbaycanlı qızı evlənmək məqsədilə qaçırıblar

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

AİA.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızlarını qaçıran oğlanı və ailəsini tanımadığını bildirib.

Məlumata görə, faktla bağlı polisə müraciət edilib. Gürcüstanın Ombudsman aparatının məsələ ilə məşğul olduğu bildirilib.
Geri dön