Ana Sayfa > Gündəm > Deputat Könül Nurullayeva Nizami rayon sakinlərinin qarşılaşdığı problemlərlə maraqlanıb

Deputat Könül Nurullayeva Nizami rayon sakinlərinin qarşılaşdığı problemlərlə maraqlanıb


15-08-2022, 12:27. Yazar: sevinc1
Deputat Könül Nurullayeva Nizami rayon sakinlərinin qarşılaşdığı problemlərlə maraqlanıb

AİA.Az xəbər veri ki,Milli Məclisin deputatı Könül Nurullayeva Elşən Süleymanov küçəsi 118 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirərək, onların şikayətlərini dinləyib və vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Səsləndirilən müraciətlər arasında məhəlləyə su sayğaclarının quraşdırılması, yaşayış binasının bloklarının, o cümlədən dam örtüyünün əsaslı təmir olunması, məhəllənin abadlaşdırılması və s. bu kimi şikayət və təkliflər yer almışdır.

Görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və qeyd olunan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.
Geri dön