Ana Sayfa > Şou-biznes > Aynişan Quliyevaya nə olub?

Aynişan Quliyevaya nə olub?


15-08-2022, 11:54. Yazar: sevinc1
Aynişan Quliyevaya nə olub?

"Bu günlərdə bir neçə gözləmədiyim hadisə baş verdi. O anlarda özümü sıxıb, gücsüzləşməyə icazə verməsəm də... Təxmini bir saat öncə ruhum dedi ki, "Yetər"".

aia.az bizim media-ya istinadən xəbər verir ki, əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında üzləşdiyi çətin anlarından söz açıb.

O, başına gələn hadisəni açıb-ağartmasa da, fikirləri ilə diqqət çəkib.

"Həyatın verdiyi bütün dərslərinə, sınaqlarına açıq insanam və nə baş verdiyindən asılı olmayaraq üsyan etmərəm... Əksinə hər şeyin bir səbəbi olduğuna inanaram. Bir şey var ki, biz əslində hamımız sizin kimi bəzən ən çətin zamanlardan keçirik və o anda kimlərin yanımızda olduğunu görürük.

Hər baş verən hadisə qərar verməkdə çətinlik çəkdiyimiz bəzi yaşantılarımıza cavab tapmağa yardımçı olur. Ona görə də sevgi ilə gəbul edib neqativi yola salın. Həyatınıza yalnız bol sevgi gəlsin" - deyə A. Quliyeva bildirib.
Qeyd edək ki, Aynişan Quliyeva iki əvvəl fitnes məşqçi Kənan Əliyevlə ailə qurub. Lakin cütlüyün evliliyi uzun çəkməyib. Onlar bir neçə aydan sonra rəsmi şəkildə boşanıblar.

aia.az
Geri dön