Ana Sayfa > Dünya > Dünya əhalisinin sayı 8 milyardı ötüb
Dünya əhalisinin sayı 8 milyardı ötüb15-08-2022, 08:55. Yazar: sevinc1 |
Dünya əhalisinin ümumi sayı 8 milyardı ötüb. Onların 50,5 faizi kişi, 49,5 faizi isə qadınlardır. Bu barədə aia.az “Countrymeters” xidmətinə istinadən xəbər verir. İndi əhalinin sayı ildə 90 milyon nəfərdən çox artır. Dünya əhalisinin 70%-dən çoxu 20 ən sıx məskunlaşan ölkədə yaşayır. Çin hazırda dünyanın ən sıx məskunlaşdığı ölkə olsa da, Hindistanın əhalisi daha sürətlə artır. 2023-cü ildə Hindistanın bu reytinqdə Çinin yerini alacağı gözlənilir. Qeyd edək ki, dünya əhalisinin təxminən 36%-i Çin və Hindistanda yaşayır. Dünya əhalisinin yarıdan çoxu özünü dini qrupa aid edir. Ən böyük qruplar bunlardır: Xristianlıq (32%) və İslam (24%). Dünyada ən çox görülən beş ölüm səbəbi isə bunlardır: işemik ürək xəstəliyi, insult, aşağı tənəffüs yollarının infeksiyası, xroniki obstruktiv ağciyər xəstəliyi və traxeya, bronxlar və ağciyər xərçəngi. aia.az Geri dön |