Ana Sayfa > Gündəm / Manşet / Karusel > Xalq artistləri hansı səbəbdən əlbəyaxa oldular? - SƏBƏBLƏR
Xalq artistləri hansı səbəbdən əlbəyaxa oldular? - SƏBƏBLƏR24-08-2015, 15:30. Yazar: admin |
“Mən Ramiz Novruzla normal söhbət edirdim, o isə qadını, qızı ortalığa qoydu, söyüş söydü”. “Bizim aramızda dava teatrın direktoru İsrafil İsrafilov məsələsinə görə olmayıb. Bu barədə deyilənlər tamamilə yanlışdır”. Aia.az xəbər verir ki, bunu APA-ya Azərbaycanın xalq artisti Ramiz Məlik deyib. Onun sözlərinə görə, həmkarı, xalq artisti Ramiz Novruzla aralarındakı mübahisəyə səbəb Yuğ Teatrının rejissoru Gümrah Ömərin Akademik Milli Dram Teatrının kollektivini təhqir etməsi olub: “Ramiz Novruz Gümrah Öməri müdafiə etmişdi. Biz də dedik ki, o, nəyə görə öz sənət dostlarını yox, teatrı təhqir edən adamı müdafiə edir? O da dedi ki, düz edib. Mən Ramiz Novruzla normal söhbət edirdim, o isə qadını, qızı ortalığa qoydu, söyüş söydü və gözləmədiyim anda mənə yumruq atdı. Mən polisə şikayət etmişəm, polis araşdırsın, hüquqi qiymət versin”. R. Məlik əlavə edib ki, hadisə baş verəndə onların yanında xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, əməkdar artist Sabir Məmmədov və başqaları olub. Xalq artisti Ramiz Novruz APA-ya baş verən hadisəyə görə həmkarından üzr istəməyə hazır olduğunu bildirib. Həmkarının üzr istəyib bağışlanmasını xahiş etməsinə Ramiz Məlikin münasibəti belə olub: “Ramiz Novruz Akademik Milli Teatrının kollektivinin qarşısında üzr istəsə, onu bağışlayacağam. Bu, yalnız ikimiz arasında olan məsələ deyil. Teatr tək mənim deyil, bütün xalqındır və o teatrda Azərbaycanın böyük sənətkarları çalışıb. Ona görə də Ramiz Novruz teatrın kollektivinin qarşısında üzr istəsə, onu bağışlayaram”. Geri dön |