Ana Sayfa > Karusel / Dünya > İŞİD-in Suriyadakı rəhbəri məhv edildi
İŞİD-in Suriyadakı rəhbəri məhv edildi11-08-2022, 09:13. Yazar: sevinc1 |
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı rəhbəri Əbu Salim əl-İraqi zərərsizləşdirilib. aia.az APA-ya istinadən xəbər verir ki, bu barədə rəsmi SANA agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, Suriya ordusu Dəraa vilayətində xüsusi əməliyyat keçirib. Hökumət qüvvələri ilə döyüşdə yaralanan əl-İraqi son anda özünü partladıb. Məlumatı baş ofisi Londonda yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidəsi Qrupu da təsdiqləyib. aia.az Geri dön |