Ana Sayfa > Seçki 2024 > Bakıda gənc oğlan və qızı avtomobil vurub

Bakıda gənc oğlan və qızı avtomobil vurub


11-08-2022, 08:36. Yazar: sevinc1
Bakıda gənc oğlan və qızı avtomobil vurub

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

aia.az APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu parkının yaxınlığında qeydə alınıb.

1990-cı il təvəllüdlü Əliquliyev Fuad Əfəndi oğlu və 1992-ci il təvəllüdlü Həsənova Turanə Vaqif qızı yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Yaralılar ağır bədən xəsarətləri aldığından Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

aia.az
Geri dön