Ana Sayfa > İqtisadiyyat > Avropada təbii qazın qiyməti 2070 dollara çatıb

Avropada təbii qazın qiyməti 2070 dollara çatıb


10-08-2022, 14:59. Yazar: sevinc1
Avropada təbii qazın qiyməti 2070 dollara çatıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 070 ABŞ dollarına çatıb.

AİA.Az "APA-Economics"ə istinadən xəbər verir ki, 9 avqust tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) sentyabr fyuçerslərinin qiyməti 2 068,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,6% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.
Geri dön