Ana Sayfa > İdman > Azərbaycan taekvondoçuları İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəliblər
Azərbaycan taekvondoçuları İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəliblər10-08-2022, 13:52. Yazar: sevinc1 |
Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəliblər. AİA.Az bildirir ki, Fəridə Əzizova qazaxıstanlı rəqibini 2:0 hesabı ilə məğlub edib, Patimat Abakarova isə nigeriyalı rəqibi üzərində nokautla erkən qələbə çalıb. Bu gün Oyunlarda Azərbaycan idmançılarının bir "qızıl", "gümüş" və "bürünc" medalları var. Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılığı, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis və gimnastika üzrə yarışırlar. Geri dön |