Ana Sayfa > Dünya > Aygün Kazımova Ceyhun Məmmədova nə hədiyyə etdi?

Aygün Kazımova Ceyhun Məmmədova nə hədiyyə etdi?


23-05-2016, 13:52. Yazar: admin

Xalq artisti Aygün Kazımova gənc parodiyaçı Ceyhun Məmmədova bahalı ətir hədiyyə edib.
Aia.az-ın məlumatına görə, parodiyaçı həmin hədiyyənin şəklini çəkərək İnstaqram səhifəsində paylaşıb və “Sevimli, əvəzolunmazımın mənə hədiyyəsi, çox təşəkkürlər, çox bəyəndim. Aygün Kazımova.” şərhini yazıb.
Qeyd edək ki, Ceyhun xalq artistləri Aygün Kazımova, İlhamə Quliyeva, Brilliant Dadaşova, əməkdar artist Elza Seyidcahan, müğənni Xumar Qədimova, Röya və digərlərini parodiya edir. Onun parodiyaları müğənnilər tərəfindən də müsbət qarşılanır. Hələ heç bir məşhur şəxs onun parodiyasına mənfi fikir bildirməyib.


Geri dön