Ana Sayfa > Karusel / Dünya > "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"
"Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"10-08-2022, 12:29. Yazar: sevinc1 |
"Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı və komanda məntəqəsi məhv edilib". AİA.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko "RBK-Ukraina"ya müsahibəsində deyib. "Rusiya qoşunları güclənmək üçün Xerson və Zaporojye vilayətlərində qüvvələri cəmləşdirir. Onlar Ukraynanın əks-hücumlarına hazırlaşırlar. Lakin ərazilərdəki tabor taktiki qruplarının yerləşdirilməsi onlara kömək etməyəcək. Bizim durumumuz pis deyil", - o bildirib. Onun sözlərinə görə, hazırda müvəqqəti işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin ərazilərində 25-ə yaxın tabor taktiki qrupu var: "Biz qorxmuruq. Onlarla qarşılaşmağa hazırıq". Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun silah və texnikanı Xerson vilayətinin şimal-şərq rayonlarına yerləşdirdiyi barədə məlumat verilmişdi. Geri dön |