Ana Sayfa > Ölkə > YAP Daşkəsən rayon təşkilatının Daşkəsən Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında yığıncaq keçirildi.

YAP Daşkəsən rayon təşkilatının Daşkəsən Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında yığıncaq keçirildi.


9-08-2022, 17:28. Yazar: sevinc1
YAP Daşkəsən rayon təşkilatının Daşkəsən Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında yığıncaq keçirildi.

AİA.Az xəbər verir ki,bu gün, 09 avqust 2022-ci il tarixdə Daşkəsən Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında son günlər Ordumuzun Laçın rayonu ərazisində apardığı uğurlu “Qisas” əməliyyatından,Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən 13-cü Səfirlər Konfransında hörmətli Rəcəb Tayyib Ərdoğanın və Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlamalardan və Ölkə Prezidenti cənab İlham Əliyevin Türkiyə Cümhuriyyətinə rəsmi səfərindən danışıldı.

Çıxış edənlər uğurlu “Qisas” əməliyyatından sonra Laçın şəhərində və Zabux yaşayış məntəqəsində qeyri-qanuni yaşayan əhalinin köçürülməsinə başlanılmasından,təkrar olaraq Dəmir Yumruğun ermənilərin başına dəyməsindən söhbət açdılar.Yığıncaq iştirakçıları əmin olduqlarını bildirdilər ki,Azərbaycan xalqının iradəsinə inanan Ölkə Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyev nəzərdə tutulan bütün məsələləri uğurla başa çatdıracaqdır.

Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev və mühasib Elvin Əliyev iştirak etdilər.

Yekunda bir qrup səhiyyə işçisi YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.
Geri dön