Ana Sayfa > Ölkə > Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi


5-08-2022, 12:56. Yazar: admen
Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi

AİA.Az xəbər verir ki,Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Aşura və digər dini mərasimlərin keçirilməsi ilə bağlı aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında yaradılmış Qərargahın fəaliyyəti, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, əkin sahələrinin suvarma suyu ilə təminatı, Goranboy şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.


Geri dön