Ana Sayfa > Cəmiyyət > Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam Mexaniki Suvarma İdarəsi tənqidi materialla bağlı mövqeyini bildirdi

Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam Mexaniki Suvarma İdarəsi tənqidi materialla bağlı mövqeyini bildirdi


5-08-2022, 12:48. Yazar: admen
Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam Mexaniki Suvarma İdarəsi tənqidi materialla bağlı mövqeyini bildirdi

Saytımızın 15-07-2022-ci il tarixli buraxılışında “Zaur Mikayılovun işçiləri qoçuluq edir-Ağdam Polis Şöbəsi və Prokurorluğu isə qoçulardan çəkinir” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazı Ağdam rayonu, Xındırıstan qəsəbəsi, Baharlı kəndində yaşayan vətəndaş Cəfərov Mahmud Yusif oğlu tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC-yə, eləcə də KİV-ə ünvanlanmış şikayət ərizəsi əsasında hazırlanmışdı. Ərizədə Mahmud Cəfərovun ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsinin fəaliyyətindən narazılıqları, həmçinin vətəndaşın Suvarma İdarəsinin iki əməkdaşı, Elşən Orucov və Yusif Orucov tərəfindən döyülməsinə dair iddialar öz əksini tapmışdı. Bu günlərdə redaksiyamızın elektron ünvanına daxil olmuş məktubda isə məsələyə qarşı tərəfin münasibəti bildirilir. Məktubu olduğu kimi təqdim edirik.

“Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşı Orucov Elşən 1986-cı ildən bu günə kimi həmin idarədə müxtəlif vəzifələrdə işləyib və işləyir. Bu günə kimi heç bir vətəndaş ilə və idarə işçilərilə heç bir narazıçılığı olmayıb. Bugün özünü fermer kimi təqdim edən Cəfərov Mahmud Yusif oğlu Orucov Elşən və Orucov Yusifin ünvanına müxtəlif saytlarda doğru olmayan fikirlər yazmışdır. Orucov Elşən Cəfərov Mahmudun Orucov Yusif və özü haqqında dediyi fikirlərə qəti etirazını bildirib.

Cəfərov Mahmud 11-12 may 2022-ci il tarixlərində 2,5 ha yonca sahəsini 4-cü dəfə suvarmış və 22 may 2022-ci il tarixində Orucov Yusifə zəng edib yoncasını 5-ci dəfə suvarmağını tələb etmişdir. Orucov Yusif ona suvarmanın növbə ilə getdiyini bildirmişdir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yonca əkininin maksimum 5 dəfə suvarılmasına icazə verilir.

Digər yonca sahələri 2-3 dəfə suvarıldığı halda Cəfərov Mahmud 5-ci dəfə suvarılmasını tələb edir. Cəfərov Mahmudun bu hərəkəti digər fermerləri ciddi narahat edir. Orucov Yusif bu məlumatı Cəfərov Mahmuda deyəndə o, telefonla Orucov Yusifi təhqir edib, ölüm ilə hədələyib və səhəri gün idarəyə gələrək 50-60 nəfər vətəndaşın gözləri qarşısında Orucov Yusifi təhqir edərək idarənin qeyri işçilərini də təhqir edib. Özünün yüksək vəzifələrdə yaxınları olduğunu deyib və istədiyi vaxt əkin sahəsini suvaracağımı bildirib. Bundan sonra Cəfərov Mahmud 102 xidmətinə zəng edib.

Orucov Yusif Cəfərov Ağdam rayon Polis Şöbəsinə Cəfərov Mahmud haqqında şikayətini bildirib və öz ərizəsində Mahmudu döymədiyini və təhqir etmədiyini qeyd edib.

31 nəfərin şahidliyi ilə Ağdam rayon Polıis Şöbəsində araşdırma davam edir.

Özünü fermer kimi təqdim edən Cəfərov Mahmud əslində, narkotik əkib becərən və satandır. Yaşadığı Əlişbəy Baharlısında onun narkotik satdırdığı adamlar həbsdədir, özü isə güvəndiyi şəxslərin sayəsində zamindədir.

Cəfərov Mahmudun şərlədiyi işçilər Orucov Elşən və Orucov Yusif Ağdam fermerlərinin koordinasiya şurasının üzvləridir və rayonda tanınmış iri fermerlərdir.

Orucov Elşənin 2010-cu ildən fermer təsərrüfatı var. Onun müxtəlif televiziya və Youtube kanallarında çəklişləri var.

27.03.2017-ci il tarixində cənab Prezidentin Saatlıda keçirdiyi pambıqçılıq müşavirəsində Ağdam rayonundan tək bir nəfər iştirak edib ki, o da Orucov Elşəndir. 2018-ci ildə Bərdə şəhərində daha bir müşavirdə iştirak edib. Dəfələrlə cənab Prezidentin, kənd təsərrüfatı Nazirliyinin və digər qurumların Füzuli, Neftçala, Biləsuvar, Sabirabad və digər rayonlarda keçirdiyi müşavirələrdə iştirak edib. 2019-cu ildə Azərbaycanın tanınmış fermerlərinin “Zirvədən Zirvəyə” kitabında Orucov Elşən haqqında 255-256-cı səhifələrdə məlumatlar öz əksini tapmışdır. Bu da Cəfərov Mahmud kimi narkobaronları narahat etmişdir. Hal-hazırda Orucov Elşən və Orucov Yusif pambıq, taxıl əkini və heyvandarlıqla məşğul olurlar. Həmçinin bu il 200 qram ipək qurdu götürərək 507 kq yaş barama dövlətə təhvil vermişdilər. Orucov Elşən və Orucov Yusif özünü fermer kimi tanıdan, narkotik ilə xalqımızın övladlarını zəhərləyən Cəfərov Mahmudun fəaliyyətinin araşdırılmasını, həmçinin özlərinin də fəaliyətlərinin araşdırılmasını tələb edirlər.”

AİA.Az
Geri dön