Ana Sayfa > Manşet / Ölkə > Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı

Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı


5-08-2022, 10:26. Yazar: admen
Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı

Millət vəkili Novruz Aslanov avqust ayının 4-də İsmayıllı rayonunun Qurbanəfəndi, Çəmənli və İstisu kəndlərinə səfər edib.

AIA.Az xəbər verir ki, öncə Qurbanəfəndi kəndində sakinləri qəbul edib. Qəbulda qaldırılan məsələlər yerli problemlərlə yanaşı, şəxsi məişət problemlərindən də ibarət olub. Belə ki, Qurbanəfəndi kəndində keçirilən qəbulda əsasən sosial yönümlü müraciətlər çoxluq təşkil edib, həmçinin şəxsi məişət problemləri də bu sıradan olub və digər mövzular ətrafında müzakirələr aparılıb. Bir çox məsələlər operativ surətdə yerində həllini tapıb.


Çəmənli kəndində təbii qaz və su təchizatı ilə bağlı problemlər deputatın diqqətinə çatdırılıb. Eyni zamanda odun tədarükü məsələsi qaldırılıb.

İstisu kəndində kommunal məsələlər ətrafında müzakirələr aparılıb. Su anbarına baxış keçirilib və kəndin tibb məntəqəsinin problemləri barədə millət vəkilinə məlumat verilib. Müvafiq qurumlara aid olan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində aidiyyəti orqanlara müraciətin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb.
Geri dön