Ana Sayfa > Parlament > “Azərpoçt”un əməkdaşı tutulub
“Azərpoçt”un əməkdaşı tutulub4-08-2022, 14:22. Yazar: sevinc1 |
“Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Aparılmış araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir. Geri dön |