Ana Sayfa > Təhsil > Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat başlanıb

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat başlanıb


4-08-2022, 13:59. Yazar: sevinc1
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat başlanıb

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı sentyabrın 11-də keçiriləcək.

Bu barədə AİA.Az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Test imtahanı vermək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında 4 avqust saat 13:00-dan 1 sentyabr saat 17:00-dək həyata keçiriləcək.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilərlər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Namizədlər test imtahanı proqramları ilə DİM-in saytında tanış ola bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanında yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar DİM-in internet portalında yerləşdirilib.

Əlavə məlumat üçün əlaqə vasitələri

Test imtahanının məzmunu ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1765;1767); e-mail: [email protected], [email protected];

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: [email protected].
Geri dön