Ana Sayfa > Manşet / Gündəm > Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirildi

Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirildi


4-08-2022, 13:31. Yazar: sevinc1
Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirildi

AİA.Az xəbər verir ki,Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhəri, Qalubiyyə küçəsi 20-ci məhəllə, 1 saylı beşmərtəbəli yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşmək məqsədilə sözügedən ünvana gedib. Görüşdə Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, DTX Abşeron rayon İdarəsinin rəisi Ruslan Rəhimov, rayon prokuroru Qabil Qasımov və zərərçəkmişlər iştirak edib.

Bildirilib ki, güclü partlayış nəticəsində 70 mənzildən ibarət beşmərtəbəli yaşayış binasında 20-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşüb.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin aidiyyatı strukturları tərəfindən araşdırmalar həyata keçirilir. Araşdırmalardan sonra partlayışın konkret hansı səbəbdən baş verməsi, neçə mənzilə, ərazidəki avtomobillərə və ümumilikdə nə qədər miqdarda ziyanın dəydiyi müəyyən olunacaqdır. FHN-nin verəcəyi rəydən sonra müvafiq addımlar atılacaqdır.

Sakinlərə bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən partlayış nəticəsində zərərçəkənlərin hamısının müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür.

Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Geri dön