Ana Sayfa > Cəmiyyət > Goranboyda iki maşın toqquşdu: Xəsarət alanlar var

Goranboyda iki maşın toqquşdu: Xəsarət alanlar var


3-08-2022, 12:56. Yazar: admen
Goranboyda iki maşın toqquşdu: Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “QAZel” markalı yük maşını ilə VAZ-2107 markalı minik avtomobili toqquşub. Bundan sonra yük maşını aşıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön