Ana Sayfa > Cəmiyyət > Bakıda restoranda ölüm

Bakıda restoranda ölüm


23-05-2016, 11:53. Yazar: admin



Bakıda restoranda ölüm hadisəsi baş verib.

Aia.az bildirir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə S.S.Axundov küçəsi 6 ünvanında yerləşən "Zümrüd" restoranında qeydə alınıb.

Restorana gələn müştəri, 1962-ci il təvəllüdlü Vaqif Həsən oğlu Həsənzadə qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.
Geri dön