Ana Sayfa > Parlament > Düşmən Kəlbəcəri atəşə tutdu
Düşmən Kəlbəcəri atəşə tutdu30-07-2022, 11:44. Yazar: admen |
![]() Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. AİA.Az Geri dön |