Ana Sayfa > Seçki 2024 > İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır

İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır


29-07-2022, 17:33. Yazar: admen
İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır

Hər bir ölkənin inkişafında idarəçilik sistemində təkmilləşmə əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın bu sahədə təcrübəsi nümunə göstərilir.İyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunmuş İcra Hakimiyyəti başçısılarını təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir sıra vacib məsələrələ toxunub.Dövlət başçısı qeyd edib ki, İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır.

Möhtərəm Prezident İlham Əliyev şəhid ailələri və qazilərlə bağlı məsələyə toxunaraq bildirib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir, dövlət tərəfindən bu diqqət daim göstərilir: “İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Biz bu Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq.Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.

“Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” söyləyən Prezident İlham Əliyevin gənclərə tövsiyəsi dəyişilməzdir. Yeni təyinatlardan vəzifə məsuliyyətlərinə vicdanla yanaşmağı tələb edən Prezident İlham Əliyevin tövsiyəsi, tələbi xalqla birgə çalışmaq bacarıqlarını işləri ilə təsdiqləmək, onlara göstərilən etimadı vəzifə borclarını yerinə yetirməklə, doğrultmaqdır ki, bu da öz növbəsində vətəndaş məmnunluğunun artırılmasını şərtləndirir.Kadrların seçilməsində onların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqətləri, vətənpərvərliyi əsas götürülür.İyul ayının 25-də ölkə başçısı Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında çox vacib və mühüm məqamlara toxundu. Qeyd etdi ki, siz daim insanlarla təmasda olmalı, insanların qayğıları ilə yaşamalı, onları narahat edən problemləri dinləməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Əgər bir kəndin problemi həll olunursa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Cənab Prezident İlham Əliyev hər zaman bütün dövlət məmurlarına xalqın arasında olmağı, onların problemlərinin öyrənilməsi və həmin problemlərin aradan qaldırılması istiqamətində lazımi işlərin görülməsi, vətəndaş məmnunluğunun təmin edilməsi kimi məsələləri ali vəzifə olaraq qarşıya qoymuşdur. Və bu gün hər bir dövlət məmuru ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi iradlar hamı üçün dərs olmaqla, həm də dövlət başçısının tövsiyələrinə əməl etməli, qarşıya qoyduğu ali vəzifələri məsuliyətlə icra etməli, ona olan etimadı və etibarı doğrultmalıdır.Cənab Prezident İlham Əliyevin yüksək rifaha və mütərəqqi idarəçiliyə xidmət edən islahatları davam etməkdədir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Geri dön