Ana Sayfa > İdman > Neymarın həbs edilməsi tələb olunur

Neymarın həbs edilməsi tələb olunur


28-07-2022, 15:56. Yazar: sevinc1
Neymarın həbs edilməsi tələb olunur

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar korrupsiya işi üzrə məhkəmə qarşısına çıxmalı olacaq.

AİA.Az report-a istinadən xəbər verir ki, oktyabrın 17-də İspaniyada braziliyalı hücumçu və onun "Barselona" ilə müqaviləsindəki korrupsiya ittihamı üzrə əlaqədar daha 5 nəfərə qarşı məhkəmə prosesi başlanacaq.

Neymarın valideynlərinə, o cümlədən "Barselona"nın sabiq prezidentləri Sandro Rosel və və Xosep Maria Bartomeuya qarşı da məhkəmə iddiası qaldırılıb.

İddianı qaldıran Braziliyanın DIS şirkətidir. "Santos"da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş bu şirkət hesab edir ki, "Barselona" bu keçid zamanı fırıldaq işlədib və 150 milyon avrodan çox təzminat ödəməlidir.

Şirkət və prokurorluq hesab edir ki, 2011-ci ildə Neymar və atası futbolçunun hüquqlarının "Santos"a aid olmasına məhəl qoymadan, "Barselona" ilə iki saxta müqaviləyə qol çəkib.

Prokurorluq məhkəmədən Neymara 2 illik həbs cəzası və 10 milyon avro məbləğində cərimə verilməsini tələb edir. Şirkət isə Neymarın 5 il müddətinə həbs olunmasını istəyir.
Geri dön