Ana Sayfa > Gündəm / İqtisadiyyat > Neftimiz yenidən ucuzlaşdı
Neftimiz yenidən ucuzlaşdı28-07-2022, 11:43. Yazar: sevinc1 |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 27-də 110,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 108,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır. Ətraflı Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,24 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 110,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur. Aia.Az Geri dön |