Ana Sayfa > Media / Dünya > Rusiyanın hərbi itkiləri açıqlandı

Rusiyanın hərbi itkiləri açıqlandı


28-07-2022, 11:41. Yazar: sevinc1
Rusiyanın hərbi itkiləri açıqlandı


"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 230 hərbçisi məhv edilib".

Aia.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 742 tank, 3 979 zirehli döyüş maşını, 894 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 729 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 854 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.


Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Aia.Az
Geri dön