Ana Sayfa > İdman > “Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli oldu
“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli oldu28-07-2022, 11:39. Yazar: sevinc1 |
Avqustun 2-də Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Aia.Az apasport.az-a istinadla bildirir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi bəlli olacaq. III təsnifat mərhələsində "Ferensvaroş"la görüşəcək Ağdam təmsilçisi mərhələ adlamasa, yoluna Avropa Liqasında davam edəcək. Püşkdə komandalar 4 qrupa bölünəcək. 1-ci qrupda yarışa birbaşa Avropa Liqasının pley-offundan başlayanlar, 2-cidə Çempionlar Liqasının III təsnifat mərhələsinin uğursuzları yer alıb. Avropa Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunda qalib gələnlər 3-cü, Liqa yolunda sevinənlər 4-cü qrupda olacaq. Püşkatma 4 hissədən ibarət olacaq. 4-cü qrupun 2 komandası 1-ci qrup təmsilçiləri ilə düşəcək. 1-ci qrupun digər 5 klubu 3-cü qrupdan rəqib gözləyir. "Qarabağ"ın yer aldığı qrupun cütləri bir-biri ilə düşə bilər. Yəni ağdamlıların "Ferensvaroş"la cütündə uduzanı elə Çempionlar Liqasında eyni taleyi yaşayan gözləyəcək. Buradakı mümkün 5 cütdən biri - "Srvena Zvezda - "Pünik" dueli təmsilçimizə rəqib ola bilməz. Azərbaycan çempionunu burada 4 cüt gözləyir. Ətraflı Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 1-ci qrup "Gent" (Belçika) "Austriya" (Avstriya) "Harts" (Şotlandiya) "Omoniya" (Kipr) "Sivasspor" (Türkiyə) "Dnepr-1" (Ukrayna) "Silkeborq" (Danimarka) 2-ci qrup "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Xorvatiya) cütünün məğlubu "Srvena Zvezda" (Serbiya) - "Pünik" (Ermənistan) cütünün məğlubu "Şerif" (Moldova) - "Viktoriya" (Çexiya) cütünün məğlubu "Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) cütünün məğlubu "Makkabi" (Hayfa, İsrail) - "Apollon" (Kipr) cütünün məğlubu "Bodo Qlimt" (Norveç) - "Jalgiris" (Litva) cütünün məğlubu 3-cü qrup "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) cütünün qalibi "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Slovakiya) cütünün qalibi "Maribor" (Sloveniya) - HİK (Finlandiya) cütünün qalibi 4-cü qrup AEK (Kipr) - "Partizan" (Serbiya) cütünün qalibi "Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Slovakiya) cütünün qalibi Aia.Az Geri dön |