Ana Sayfa > Seçki 2024 > YPX avtomobili qəzaya düşdü: Xəsarət alan var

YPX avtomobili qəzaya düşdü: Xəsarət alan var


27-07-2022, 15:33. Yazar: sevinc1
YPX avtomobili qəzaya düşdü: Xəsarət alan var

Ötən gün saat 14:10 radələrində Bakı-Qazax avtomobil yolunda YPX avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, yolun Qaradağ rayonu ərazisindən keçən 42,7-ci kilometrliyində 99-YP-851 dövlət qeydiyyat nişanlı “BMW” markalı Yol Patrul Xidməti (YPX) avtomobili ilə VAZ-2106 markalı maşın toqquşub.

Toqquşma nəticəsində VAZ-2106 markalı maşında olan sərnişin yüngül xəsarət alıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a faktı təsdiq ediblər.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Geri dön