Ana Sayfa > Seçki 2024 > 38 nəfərə qarşı dələduzluq edən şəxsdən xəbər var

38 nəfərə qarşı dələduzluq edən şəxsdən xəbər var


27-07-2022, 14:42. Yazar: sevinc1
38 nəfərə qarşı dələduzluq edən şəxsdən xəbər var

Biləsuvarda Dövlət Məşğulluq Agentliyinin adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır.

Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, "DOST İş Mərkəzi" MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin işçisi kimi təqdim edib həmin agentliyin, habelə digər vəzifəli şəxslərlə öz "əlaqələri" vasitəsi ilə dövlət özünəməşğulluq proqramı çərçivəsində növbədənkənar qaydada dövlət hesabına mal-qara ilə təmin edəcəyi barədə yalan vədlər verməklə 38 nəfər şəxsin ümumilikdə 19 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elman Nuriyevə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2-ci (rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

AİA.Az
Geri dön