Ana Sayfa > Gündəm > Nazir imtahan suallarının satılmasından DANIŞDI: “Bizim səhvimizdir”
Nazir imtahan suallarının satılmasından DANIŞDI: “Bizim səhvimizdir”27-07-2022, 12:22. Yazar: sevinc1 |
“Hazırda müəllimlərin işə qəbulu imtahanlarında sualların satılması ilə bağlı məsələ araşdırılır”. Bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib. Nazir bildirib ki, Təhsil Nazirliyi imtahanların şəffaf keçirilməsində maraqlıdır: “Sualların satılması ilə bağlı məsələ araşdırılır. Bu, bizim səhvimizdir və mən nöqsanın məsuliyyətindən qaçmıram. Səbəbi araşdırılır. Hansısa müəllim məsuliyyətsizliyə yol verib və bu məsuliyyətsizliyi hüquq-mühafizə orqanları ilə müəyyən ediləcək”. Nazir qeyd edib ki, bir nəfərin məsuliyyətsizliyi 4 min insanın əməyini yerə vurub. İlhamə Əbülfət Geri dön |