Ana Sayfa > Seçki 2024 > Göygöl rayonuna yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı bu gün rayon ictimaiyyətinə təqdim olundu, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad etdi.

Göygöl rayonuna yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı bu gün rayon ictimaiyyətinə təqdim olundu, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad etdi.


26-07-2022, 17:56. Yazar: sevinc1
Göygöl rayonuna yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı bu gün rayon ictimaiyyətinə təqdim olundu,  Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad etdi.

Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Elvin Nazim oğlu Paşayev bu gün Prezidentin köməkçisi – Ərazi təşkilat məsələləri şöbəsinin müdiri hörmətli Zeynal Nağdəliyev tərəfindən kollektivə və rayon ictimaiyyətinə təqdim edildi.

AİA.Az xəbər verir ki,təqdimatdan sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev Müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub.

Daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət etmiş, şəhidlərin əziz və unudulmaz xatirəsini yad edərək məzarları üzərinə gül-çiçək dəstələri düzmüşdür. Ziyarət zamanı İkinci Qarabağ müharibəsi zamanı Göygöl rayonundan ilk şəhid olan baş leytenant Ceyhun Niftəliyevin qardaşı Əlövsət Niftəliyevlə görüşərək səmimi söhbət etmişdir.


Geri dön