Ana Sayfa > Manşet / Dünya > ABŞ-dan İrəvana telefon zənginin DETALLARI - Danışıqlara son qoyulur?
ABŞ-dan İrəvana telefon zənginin DETALLARI - Danışıqlara son qoyulur?26-07-2022, 14:15. Yazar: sevinc1 |
"ABŞ-ın Dövlət katibi Entoni Blinken həm Prezident İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi yaratdı. Hazırda regionda gedən proseslərin intensivləşməsi baxımından da bu telefon əlaqəsinin mühim əhəmiyyəti var". Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. O bildirib ki, Blinkenin İlham Əliyev və Paşinyana telefon zəngi danışıqları daha da intensivləşdirə bilər: "Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında Tbilisidə keçirilmiş görüşün bu telefon zəngində qeyd olunması öz aktuallığı ilə seçilir və xarici işlər nazirləri arasında görüş ilk dəfədir ki, keçirilirdi. Nə 30 illik münaqişə dövründə, nə də post-müharibə reallıqlarında bu cür görüş həyata keçirilməyib. Digər tərəfdən XİN rəhbərləri arasında bundan öncə də iki dəfə telefon əlaqəsi yaradılmışdı. Bu da çox müsbət bir presedent formalaşdırır. Vasitəçilər bir çox hallarda öz maraqlarından çıxış edərək prosesdə iştirak edirlər və Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Bu da nizazmlanma prosesinə mənfi məcrada təsir göstərir. Ona görə də birbaşa dioloqun qurulması ilə bütün problemləri aradan qaldırmaq mümkündür. Azərbaycan Ermənistanla münasibətlərin normallaşması konteksində 5 maddəlik baza təkliflərini irəli sürüb və Ermənistan bu təklifləri qəbul edib. Ona görə də həm nəqliyyat əlaqələrinin bərpa olunmasına, həm iqtisadə əməkdaşlığın stimullaşdırılmasına, digər tərəfdən sərhədlərin delimitasiyasına və yekun sülh müqaviləsinin imzalanmasına böyük ehtiyac var. Azərbaycan sülh çağırışları ilə çıxış edir və Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Digər tərəfdən biz həm də nəzərdə almalıyıq ki, qlobal miqyasda Rusiya ilə ABŞ arasında mübarizə gedir və bu mübarizənin baş verdiyi məkan kimi Ukrayna seçilib. Cənubi Qafqaz da ABŞ üçün çox strateji bir bölgədir. Həm bölgənin çox zəngin logistika imkanları, eyni zamanda karbohidrogen ehtiyyatlarının nəqli perespektivləri ABŞ-ın maraq dairəsindədir. Cənubi Qafqazın geostrateji imprativləri çox yüksəkdir. Ona görə də regionda sabitliyin, sülhün və təhlükəsizliyin qorunması ABŞ-ın geosiyasi planlarının icra olunmasına imkan yarada bilər. Təhlükəsizliyn qorunması sabit şəkildə enerji nəqlini də rellaşdırılmaq imkanını genişləndirir. Bu baxımdan ABŞ regionda təhlükəsizlik arxitekturasının gücləndirilməsində maraqlıdır və olası hər hansısa eskalasiya təhlükəsizliyi təhdid altında qoya bilər. Bu baxımdan ABŞ təhlükəsizliyin qorunmasına töhvə verə bilər və yarımçıq qalmış işlərin reallaşdırılmasında öz geniş imkanlarından istifadə edə bilər. Düşünürəm ki, bu telefon əlaqəsi məhz danışıqların intensivləşməsinə, təmasların daha da inkişafına gətirib çıxara bilər". Təhməz Əsədov Geri dön |